RU
Bu gecə Marsı görə bilərsiniz
23:31
1081

Bu gecə Marsı görə bilərsiniz

ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) təsbitlərinə görə, Mars planeti 11 il sonra yenidən Yerə ən yaxın məsafədə olacaq.

7news.Az azvision.az-a istinadən bildirir ki, bu gecədən başlayaraq 3 iyunadək Marsı gözlə görmək mümkün olacaq.

Marsla Yer kürəsi arasındakı məsafə 230 milyon kilometrdir. 30 may- 3 iyun tarixləri arası bu məsafə 75.3 milyon kilometrə qədər azalacaq. Bu tarixlər arası axşam saatlarında, buludsuz havada Marsı adi gözlə görmək mümkündür.

Qeyd edək ki, 2005-ci ildə Mars dünya 55.758 milyon kilometrə məsafəyə qədər yaxınlaşmışdı.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ