Bu gün Milli Məclisin xüsusi iclası keçiriləcək. Toplantının gündəliyinə bir məsələ daxil edilib. İclasda İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Milli Məclisin bəyanatı qəbul ediləcək.