RU
Bu həbsxanada hər gün 50 nəfəri asırlar: edamlar, işgəncələr, zorlamalar
15:15
457

Bu həbsxanada hər gün 50 nəfəri asırlar: edamlar, işgəncələr, zorlamalar

Suriyanın paytaxtı Dəməşqin yaxınlığındakı Seydnaya şəhərində yerləşən hərbi həbsxanada son illərdə 13 minə yaxın insan dəhşətli işgəncələrdən sonra edam olunub.

7News.az ABC-yə istinadən bildirir ki, beynəlxalq "Amnesty International" təşkilatının hesabatında belə deyilir.

Hesabatda vurğulanır ki, Seydnaya həbsxanasında saxlananların və edam olunanların tam əksəriyyəti Suriya prezidenti Bəşər Əsədin hakimiyyətinə qarşı çıxanlardır.

"Hər həftə, adətən bazar ertəsi və çərşənbə günlərində 20-50 məhbusu kameralardan çıxarır, onlara mülki düşərgələrə aparılacaqları deyilir. Amma bunun əvəzində onları Seydnaya həbsxanasının başqa korpusuna aparaq orada asırlar.

"Amnesty International" bəyan edib ki, həbsxana barədə məlumatları buradan sağ çıxmış məhbuslarla yanaşı, həbsxana əməkdaşlarından ibarət onlarla insandan əldə edib. Daha doğrusu, təşkilat 84 nəfəri dindirib.

 

Seydnayada işgəncələr, habelə məhbusların zorlanması rutin prosedurlar sayılır. Əksəriyyəti gənclər olan məhbusların bəziləri asılanda yüngül olduqları üçün boğulmurlar. Belədə hərbçilər onların ayaqlarından tutub aşağı dartırlar.

Gün ərzində təqribən 50 nəfər asılır. Sonra cəsədlər yük maşınlarına doldurulur, şəhər kənarındakı çuxurlarda basdırılır.

Məhbusların ailələrinə onların taleyi barədə heç bir məlumat verilmir.//Milli.Az

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ