RU
Bu il ali məktəblərə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü verildi - SƏRƏNCAM
17:36
150

Bu il ali məktəblərə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü verildi - SƏRƏNCAM

Prezident İlham Əliyev 2021/2022-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

7News.Az bildirir ki, sərəncama əsasən, 2021/2022-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü verilir.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ