RU
Bu il Rusiya Quru Qoşunları 240-dan çox yeni tank alacaq
11:00
580

Bu il Rusiya Quru Qoşunları 240-dan çox yeni tank alacaq

Bu il Rusiya Quru Qoşunlarının istifadəsinə 240-dan çox müasir və modernləşdirilmiş T-72B3M, T-80BVM və T-90M "Qələbə” tankları veriləcək.

7NEWS.Az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, hazırkı inkişaf mərhələsində tank arsenalı hər il yenilənir:

"Hərbi-sənaye kompleksinin müəssisələri Quru Qoşunlarının bölmələrini müxtəlif iqlim zonalarında uğurla sınaqdan çıxan zirehli maşınların müasir nümunələri ilə təmin edir”.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ