RU
Bu il televiziyalarda 323 pozuntu aşkarlanıb, 8 kanala xəbərdarlıq edilib
14:00
534

Bu il televiziyalarda 323 pozuntu aşkarlanıb, 8 kanala xəbərdarlıq edilib

Audiovizual yayımçılara edilən xəbərdarlıqlar və tətbiq olunan sanksiyalar açıqlanıb.

Audiovizual Şuranın sədri İsmət Səttarov ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib ki, 8 televiziya kanalına xəbərdarlıq edilib.

O bildirib ki, 4 dəfə efir dayandırılması sanksiyası tətbiq edilib: "Televiziyada aparılan monitorinq zamanı 323 pozuntu aşkar edilib ki, bunun da 184-ü reklamla bağlı olub. Radioda 78 pozuntu olub və bunun da 50-si reklamla əlaqəlidir. Hər aşkar olunan pozuntularla bağlı daxili bildiriş göndərilib".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ