Bu ilin birinci yarısında daimi yaşamaq üçün Azərbaycan gələnlərin sayı açıqlanıb.
Bu barədə 7NEWS.Az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, cari ilin yanvar-iyun ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 1231 nəfər gələn, Azərbaycandan isə 184 nəfər gedən qeydə alınıb, miqrasiya saldosu ölkə üzrə müsbət 1047 nəfər təşkil edib.
7NEWS.Az








