RU
Bu ilin birinci rübündə Ermənistanı 70 min nəfər tərk edib
22:10
1088

Bu ilin birinci rübündə Ermənistanı 70 min nəfər tərk edib

2021-ci ilin birinci rübündə Ermənistanı təxminən 70 min nəfər tərk edib.

APA-nın "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Milli Statistika Komitəsinin sədri Stepan Mnatsakanyan hökumətin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Statistika Komitəsinin Milli Təhlükəsizlik Xidmətinin elektron məlumat bazasından aldığı məlumata görə, bu ilin birinci rübündə Ermənistanı tərk edənlərin sayı ölkəyə daxil olanların sayından 70 min nəfər çoxdur: "Lakin bu informasiya bazasında gediş və ya gəliş məqsədi əks olunmur. Ona görə də həmin 70 min insanın başqa ölkədə daimi yaşamaq üçün mühacirət etdiyi iddia edilə bilməz".
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ