47
Saylı Mingəçevir Seçki Dairəsindən deputatlığa namizəd Səbuhi Abbasov növbəti məhəllə
görüşünü keçirib. Bu barədə S.Abbasov öz profilində şərh paylaşıb: "Bu gün I
qrup gözdən əlil Sahib kişinin dəvəti ilə Şəhid ailələri, əlillər və qazilər
üçün AzDress qəsəbəsində inşa edilən yaşayış binasına getdim. Qürür duymamaq
mümkün deyildi. Ölkə başçısının təşəbbüsü ilə belə binalar Respublikamızın demək
olar bütün bölgələrində tikilibdir. Ancaq bu insanların da problemləri,
qayğıları, arzuları, istəkləri var. Onlar sadəcə diqqət, hörmət, yeni, daha fərqli
münasibət istəyirlər. Hamı bir ağızdan YENİLƏNMƏK istəyir bu şəhərdə. Mütləq
yenilənəcəyik, mütləq tör-töküntüləri, şarlatanları, 1 qəpiklik insanları
aramızdan təmizləyəcəyik. Bunu mən yox, BİZ BİRLİKDƏ edəcəyik”








