RU
Bu ölkədə 29 nəfər silahlılar tərəfindən qaçırıldı
13:10
12

Bu ölkədə 29 nəfər silahlılar tərəfindən qaçırıldı

Nigeriyada silahlılar aralarında uşaqların da olduğu 29 nəfəri qaçırıblar.

7News.Az xarici mediaya istinadən xəbər verir ki, Qərbi Afrika ölkəsi olan Nigeriyanın Katsina əyalətinin Taşar Na-Qulle kəndinə silahlılar  basqın ediblər. 

Basqın zamanı aralarında uşaqların da olduğu 29 nəfər qaçırılıb. 

Ölkədə adam oğurluğu ölümlə cəzalandırılsa da, fidyə müqabilində adam oğurluğu tez-tez baş verir. 

Silahlı insanlar ümumiyyətlə ölkənin şimalındakı kəndləri, məktəbləri və səyahətçiləri hədəf alır və fidyə tələb edirlər.
 


 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ