RU
Bu ölkədə internetə
13:00
246

Bu ölkədə internetə "YAŞIL İŞIQ"

Dekabrın 6-dan etibarən Kuba əhalisi üçüncü nəsil (3G) mobil rabitə texnologiyası üzrə mobil internetə çıxış əldə edəcəklər.

7News.Az xəbər verir ki, Kubanın "ETECSA” dövlət telekommunikasiya müəssisəsinin vitse-prezidenti Tanya Velaskesin sözlərinə görə, internetə qoşulma üçün Kuba sakinlərinin "3G” texnologiyasını dəstəkləyən telefona sahib olması kifayətdir.

"İnternetə qoşulma prosesi 8 dekabradək tədricən həyata keçiriləcək. Hər bir abunəçiyə xidmətin aktivləşdirilməsini təsdiq edən mesaj göndəriləcək" – Velaskes deyib.

O, həmçinin bildirib ki, istifadəçilər üçün müxtəlif trafik həcminə malik bir neçə tarif əlçatan olacaq.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ