RU
Bu ölkədə pandemiya bitdi: 31 gündür yoluxan yoxdur
21:20
253

Bu ölkədə pandemiya bitdi: 31 gündür yoluxan yoxdur

Kambocada COVID-19 pandemiyası rəsmən başa çatıb.

7NEWS.Az xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən açıqlamada ölkədə son 31 gün ərzində COVID-19-a yoluxma halının olmadığı və sonuncu xəstənin sağaldığı açıqlanıb.

Nazirlik ölkənin COVID-19 epidemiyasına nəzarətdə əldə etdiyi uğuru koronavirusa qarşı vaksinlərin təsiri ilə əlaqələndirib.

2 il ərzində Kambocada pandemiyanın başlandığı gündən indiyədək 136 min 262 yoluxma halı aşkarlanıb, 3 min 56 nəfər ölüb. 
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ