"Kanal D"də yayımlanan "Camdaki kız" serialı yenidən izləyicilərin tənqidlərinə tuş gəlib.
7News.Az Axşam.az-a istinadən xəbər verir ki, ekran işində baş rol ifaçılarından Nur Sürerin yeni ailə həyatı quran qızı ilə kürəkəninin ilk gecələrini yan evdən binoklla izləməsi bəyənilməyib. İzləyicilər bu səhnəni bir zamanların məşhur serialı "Aşkı Memnu"dakı kadrlara oxşadıblar. Feride obrazı Bihter və Behlülün gizli eşqini kameraya çəkən "mobese Beşir"lə eyni tutulub.
"Mobese Beşirdən sonra mobese Feride", "Oxşar işlər", "Hə, indi başa düşdüm, camdakı qız Feridə imiş", "Bunlar eyni kişi ola bilər" kimi şərhlərlə hər iki ekran işinin fotoları birləşdirilərək həştəqlərlə paylaşılıb.









