Prezident İlham Əliyev gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, musiqi sahəsində xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı”na yazılsın və onlar xüsusi aylıq təqaüdə layiq görülsünlər:
Behbudov Rəşid Ələddin oğlu – Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdi
İsmayılova Nərminə Zahid qızı – Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdi.
***
Dövlət başçısı Azərbaycan Respublikasının idman mütəxəssislərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında da sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafında xüsusi xidmətləri olan aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:
Əzimov Abas Əzim oğlu
Məmmədyarov Qəhrəman Müslüm oğlu
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafında xidmətləri olan aşağıdakı şəxslərə "Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilsin:
Allahverdiyev Tarverdi Əflan oğlu
Eyvazov Çingiz Abuzər oğlu
Əhədov Seymur Kamil oğlu
Feyzullayev Vaqif Səxavət oğlu
Krapivin Oleq Andreyeviç
Qurbanov Firudin Eyyub oğlu
Məmmədyarov Həmid Hilal oğlu
Salehli Bəhruz Qədir oğlu
7News.az








