RU
Bundan sonra Suriyada Rusiyanı çox böyük problemlər gözləyir — Hərbi ekspert
14:30
439

Bundan sonra Suriyada Rusiyanı çox böyük problemlər gözləyir — Hərbi ekspert

Rusiya Suriyada qələbəsini elan edir, ABŞ isə bununla barışımır.

Rusiya tərəfi bildirib ki, Hələb əməliyyatları dayandırılıb. Bundan sonra problemi danışıqlar vasitəsilə həll etmək lazımdır. Rəsmi Vaşinqton isə Suriyada hələ də müharibənin bitmədiyini bildirir.

Bir çox ekspertlər iddia edir ki, ABŞ Rusiyanın qalibiyyətini həzm etməyəcək və bunu cavabsız qoymayacaq. Rusiyanın Suriya məsələsində tək özünü yox, İran və Türkiyəni də qalib elan etdi. Ekspertlər bunu da məsuliyyəti tək öz özərinə götürməməklə əlaqələndirir.

Suriyada qalib varmı? Bu sualı hərbi ekspert Üzeyir Cəfərov Ölkə.Az-da cavablandırıb:

"Rusiya artıq Suriyada küçələrə nəzarət etmək üçün hərbi polis dəstəsini göndərib. Bu sözsüz ki, ABŞ-a xoş gəlməyən bir addımdır. ABŞ Rusiyanın hərəkətlərini cavabsız qoymayacaq. Hamı səbirsizliklə Trampın prezident kimi fəaliyyətə başlamasını və Putinlə qarşılıqlı əlaqələrini gözləyir. Dünən Moskvada mətbuat konfransı keçirən Putin ABŞ-Rusiya münasibətləri, Trampın seçilməsi, bu işdə Rusiyanın rolu ilə bağlı fikirlərini səsləndirdi.

Suriya ilə bağlı məsələ daha da qəlizləşir. Suriya ilə bağlı məsələnin başa çatdığı barədə fikir formalaşsa da, əslində bu zahirən belədir. Suriya ilə bağlı əvvəlki fikirimdə qalıram. Suriyanı Əfqanıstan da pis vəziyyətə gətirəcəklər. O proses gedir. Bilmirəm bundan sonra Suriyanı nə gözləyir, ancaq Bəşər Əsəd, Putin, Obama tarixin qara səhifəsinə adlarını yazdılar. Suriya əhalisi bu şəxslərin siyasəti nəticəsində dünyanın 4 yerinə səpələndilər. Suriya viran qaldı.

Suriyada heç bir qalib yoxdur. Günahsız insanların ölümü, faciələr yaşanan yerdə qalib ola bilməz. Böyük güclər Suriyanı parçalamaq və bölmək istəyirdilərsə, bunu sakit şəkildə də edə bilərdilər.

Putinin mətbuat konfransına baxdım. Putin özündən son dərəcə razı şəkildə fikirlər səsləndirirdi. Özünü dünyada söz sahibi hesab edən Putin bir dəfə də olsun Dağlıq Qarabağla bağlı fikir səsləndirmədi. Ukrayna, Gürcüstan, Moldova ilə bağlı fikirlər səsləndirdi, ancaq Dağlıq Qarabağla bağlı fikirlər səsləndirmədi.

Rusiya özünü Suriyada qalib elan etməməlidir. Çünki Rusiyanın Suriyada problemləri daha da dərinləşəcək. Suriyada Rusiyanı çox böyük problemlər gözləyir. Yaxın keçmişdə SSRİ-də Əfqanıstana girəndə bu ölkəni asanlıqla işğal edəcəyini düşünürdü. 1979-cu ildə Əfqanısatana girən SSRİ bir neçə müddətdən sonra məcbur olaraq qoşunlarını geri çəkdi. Suriyada da eyni mənzərənin şahidi olacayıq. Rusiya Suriyada çoxlu itki verəcək. Buna görə də, Rusiya rəhbərliyi Suriyadan qoşunlarını çıxardacaq. Bu tarixin amansız dərsləridir. Sadəcə bundan siyasətçilər nəticə çıxarmaq istəmirlər".
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ