Mənzildə istifadə olunan qaz sobalarının sağlamlığa təsiri ilə bağlı narahatlıqlar artır.
Mütəxəssislər bildirib ki, bu cür sobalar işləyərkən havaya azot dioksidi kimi zərərli maddələr buraxılır və bu da xüsusilə tənəffüs sistemi üçün risk yaradır.
Məsələ ilə bağlı kardioloq Yuliya Fokina məsələ ilə bağlı fikirlərini açıqlayıb. Alman alimlərinin apardığı tədqiqatlar da göstərir ki, qaz sobaları havanın keyfiyyətini pisləşdirərək astma və digər xəstəliklərin yaranma ehtimalını artırır.
Həkimin sözlərinə görə, yemək bişirərkən yaranan azot dioksidi və digər yanma məhsulları tənəffüs yollarını qıcıqlandırır. Bu maddələrin havada çox toplanması xüsusilə uşaqlarda astma riskini yüksəldir, artıq bu xəstəlikdən əziyyət çəkən böyüklərdə isə vəziyyətin ağırlaşmasına səbəb ola bilər.
Bundan əlavə, qaz sobalarından ayrılan bəzi uçucu üzvi birləşmələrin (VOC) uzunmüddətli təsiri daha ciddi problemlərlə, o cümlədən xərçəng riski ilə əlaqələndirilir. Qeyd olunur ki, soba işləmədiyi vaxtlarda belə, metan sızması baş verə bilər.








