ABŞ-ın Müdafiə Nazirliyi GBU-43 kimi tanınan, "Bütün bombaların anası" adlandırılan fuqas aviabombasının partlayışının videogörüntülərini yayıb.
7News.az RT-yə istinadən bildirir ki, həddən artıq güclü, böyük dağıdıcı qüvvəyə malik bombanı ABŞ Hərbi-Hava Qüvvələrinin bombardmançı təyyarəsi cümə axşamı Əfqanıstanın Nanqarhar vilayətində tətbiq edib. Pentaqonun açıqlamasında bildirilir ki, amerikalı hərbçilər GBU-43 vasitəsilə terrorçuların yararlandıqları mağaralar və tunellər sistemini məhv etməyə çalışıblar. Əməliyyat bir neçə ay ərzində hazırlanıb.
Bombanın atılması nəticəsində 36 terrorçu məhv olub.
"Bütün bombaların anası" (Mother Of All Bombs) adı GBU-43-un rəsmi adı olan "Massive Ordnance Air Blast, MOAB"ın (çox ağır fuqas aviasiya bombası) alternativ açmasıdır.
Bu bombanın partlayışı trotil ekvivalentində 11 ton, təsir radiusu isə təqribən 140 metrdir.
7News.az










