RU
Böyük Britaniya Rusiyadakı cəzaçəkmə koloniyasının rəhbərliyinə sanksiya tətbiq edib
18:00
24

Böyük Britaniya Rusiyadakı cəzaçəkmə koloniyasının rəhbərliyinə sanksiya tətbiq edib

Böyük Britaniya Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsinin Karp qəsəbəsindəki cəzaçəkmə koloniyasına rəhbərlik edən 6 nəfərə sanksiya tətbiq edib.

Bu barədə Britaniya hökumətinin rəsmi saytında məlumat yerləşdirilib.

Bildirilib ki, sanksiya tətbiq edilən şəxslər cəzaçəkmə koloniyasının rəisi Vadim Kalinin və onun müavinləri - Sergey Korjov, Vasili Vydrin, Vladimir Pilipçik, Aleksandr Qolyakov, Aleksandr Obraztsovdur.

Qeyd edək ki, rusiyalı siyasətçi Aleksey Navalnı fevralın 16-da sözügedən cəzaçəkmə koloniyasında vəfat edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ