RU
Böyük Britaniya və Aİ arasında yeni razılaşma: London mövqeyini dəyişməlidir
14:50
31

Böyük Britaniya və Aİ arasında yeni razılaşma: London mövqeyini dəyişməlidir

Böyük Britaniya Avropa İttifaqı (Aİ) ilə genişmiqyaslı müqavilə bağlamaq məqsədilə iqtisadi inteqrasiya və ticarət sahələrindəki siyasətində daha çevik olmalıdır.

Bu barədə Avropanın "Politico" qəzeti öz mənbələrinə əsaslanaraq yazıb.

"Böyük Britaniya hakimiyyəti öz əsas mövqelərini dəyişdirməzsə, hansısa inqilabi yeniliklərdən danışmaq çətindir. Leyboristlər hökuməti bunu həyata keçirmir və əgər onlar Aİ ilə əlaqələrdə kəskin dəyişikliklər fikrini irəli sürsələr, hər kəs xəyal qırıqlığına uğrayacaq və deyəcək: "Brüssel bizi cəzalandırır", - deyə adının çəkilməsini istəməyən avropalı diplomat qeyd edib.

Nəşr bildirir ki, tərəflərin iyul ayında bir araya gəlməsi gözlənilir. Görüşdə miqrasiya statistikasının mübadiləsi və gənclərin mobilliyi kimi məsələlərin müzakirəsi nəzərdə tutulur. Eyni zamanda, Avropa Parlamentinin sədri Roberta Metsola da daxil olmaqla, bir çox Avropa siyasətçisi Birləşmiş Krallıq ilə əlaqələrin bərpa olunmasının tərəfdarıdır.

Böyük Britaniya-Aİ münasibətləri

"Brexit" referendumu 2016-cı il iyunun 23-də baş tutub. Birləşmiş Krallıq vətəndaşlarının 51,9 faizi Aİ-ni tərk etməyi dəstəkləyib, 48,1 faizi isə buna qarşı çıxıb. Uzun sürən müzakirələrdən sonra, 2020-ci il fevralın 1-də Böyük Britaniya rəsmən ittifaqdan ayrılıb. Bütün Avropa qaydalarının Britaniya üçün qüvvədə qaldığı "Brexit"dən sonrakı keçid mərhələsi 2021-ci il yanvarın 1-də yekunlaşıb. 2020-ci ilin dekabrında isə tərəflər arasında "post-Brexit" dövrü üçün müqavilə imzalanıb. Həmin sənəd gömrük rüsumları və kvotalar olmadan xidmət və mallar üçün azad ticarət zonasının yaradılmasını, habelə Britaniya vətəndaşlarının Aİ ölkələrinə və əksinə 90 gün müddətinə vizasız gediş-gəlişini təmin edir.

Qeyd edək ki, may ayının əvvəllərində "The Times" qəzeti London və Brüsselin vahid bazara daxil olmaq üçün Böyük Britaniyanın Aİ büdcəsinə edəcəyi ödənişləri müzakirə etdiyini yazmışdı. Nəşrin məlumatına əsasən, sözügedən ödənişlərin illik həcmi 1,15 milyard avroya çata bilər.
 
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ