RU
Dövlət Aqrar Universiteti 113 minlik aviabilet alır
16:47
60

Dövlət Aqrar Universiteti 113 minlik aviabilet alır

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) bir il ərazində 113 min 400 manatlıq aviabilet alacaq.

Bu barədə rəsmi qaynaqlarda məlumat yayılıb.

Bildirilir ki, universitet bununla bağlı tender keçirib və müsabiqənin qalibi "EL ART TRAVEL” MMC olub.

Açıq mənbələrdə qeyd edilir ki, aviabiletlər yalnız Bakı-İzmir marşrutu üçün nəzrədə tutulub. Rəhbər komitə və inzibati heyət üçün 8 ədəd, professor-müəllim heyəti üçün 8 ədəd, daha sonra professor-müəllim heyəti üçün 16 ədəd, tələbələr üçün isə 176 ədəd bilet alınacaq.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ