RU
ETN köhnə “dostu” ilə yenidən anlaşdı: İki tender bir gündə
16:43
38

ETN köhnə “dostu” ilə yenidən anlaşdı: İki tender bir gündə

Elm və Təhsil Nazirliyi bir gündə iki tender keçirib.

Qurumun Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi onların nəticəsini açıqlayıb.
Bəlli olub ki, həmin tenderlərdən biri ölkə üzrə məktəbəqədər təhsil müəssisələrində təmir, kommunal-kommunikasiya və abadlıq işlərinin satınalınmasınadan ibarətdir. Həmin işlərin həyata keçirilməsini ” FƏRİD” Firması reallaşdıracaq. Şirkət bu işlərin müqabilində ETM-dən 7 milyon 726 min 848 manat pul alacaq.
Qeyd edək ki, "Fərid” Firması bundan əvvəl də ETM-ni çox sayda tenderlərinin qalibi olub. Yəni, nazirlik "köhnə dost”la yenidən anlaşıb.
İkinci tender də eyni məzmunludur. Nazirlik ölkə üzrə bir sıra təhsil müəssisələrində təmir və kommunal-kommunikasiya işlərinin satınalınması prosesini isə "BABAYEV GROUP COMPANY” MMC-yə həvalə edib. Qalib şirkət bu işlərin müqabilində 2 milyon 668 min 528 manat ödəniş alacaq.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ