Rusiyanın müdafiə naziri Sergey Şoyqunun NATO-ya qarşı üç yeni hərbi müdafiə birliyi yaradıldığını açıqlaması İttifaqı qəzəbləndirib.
7News.Az-ın milliyyet.com-a istinadən verdiyi xəbərə görə, NATO Avropa Müttəfiq Qüvvələri Baş Komandiri General Kurtis Skaparotti Rusiya təcavüzkar siyasətini davam etdirdiyi təqdirdə İttifaqın müharibəyə hazır olduğunu bildirib.
O, Kremlin bütün beynəlxalq hüquq normalarına meydan oxuyan strategiyasına görə, NATO-nun Rusiya ilə olan mülki və hərbi müttəfiqlikdən imtina etdiyini vurğulayıb.








