RU
Böyük türk və müsəlman dünyasının fəxri
18:05
704

Böyük türk və müsəlman dünyasının fəxri

Bəşəriyyətdə tarix boyu elə insanlar yetişir ki, onların əzəmətini, müdrikliyini heç bir sözlə ifadə etmək mümkün deyil.

Ulu öndərimiz Heydər Əliyev də məhz belə şəxsiyyətlərdəndir. Dünyanın siyasi liderlərinin "siyasi portretini” xarakterizə edəndə müdrik, praqmatik bir liderlik xüsusiyyətlərinə malik olan dahi şəxsiyyət Heydər Əliyevi hər zaman biz qürur və şərəflə anırıq. Heydər Əliyev ən mürəkkəb, münaqişəli tarixi proseslərdən bacarıqla baş çıxaran, ən çətin vəziyyətdə belə təmkinini itirməyən və iqtisadi-siyasi dəyişiklikləri realist qiymətləndirib öz xalqının, dövlətinin çıxarlarını praqmatik təfəkkürlə dəqiq hesablayan bir lider idi. Heydər Əlirza oğlu Əlyev nəyinki Azərbaycan xalqının həmçinin, böyük türk və müsəlman dünyasının fəxridir. 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində dünyaya gəlmiş Heydər Əlirza oğlu Əliyevin həyat yolu heç də asan və rahat keçməmişdir. Uzun və şərəfli ictimai-siyasi fəaliyyəti onun bütün dünyada yetərincə nüfuz qazanmasına və müdrik şəxsiyyət kimi yetişməsinə səbəb olmuşdur. 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçildiyi dövrə kimi ulu öndər Heydər Əliyev 1976-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri, 1974-cü ildə SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini, 1969- cu ildə Azərbaycan KP MK-nin 11-ci katibi, 1982-ci ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü və Sovet Sosialist Respublikaları İttifaqı Nazırlər Soveti Sədrinin Birinci müavini, 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, 1993-cü ildə isə Azərbaycan Respublikası Ali Sovetinin 4-cü Sədri vəzifəsində çalışmışdır. Xalqımızın böyük oğlu Heydər Əliyevin müdrikliyi və uzaqgörən siyasəti sayəsində Azərbaycan iqtisadi, ictimai-siyasi, mənəvi, mədəni həyatın bütün sahələrində böyük uğurlar qazanaraq yalnız keçmiş SSRİ məkanında deyil, bütün dünyada yüksək səviyyədə tanınmağa başlamışdır. 1993-cü ildə hakimiyyətə gəldiyi dövürdə ölkədaxili çəkişmələrin dövlət çevrilişinə cəhdlərin qarşısı məhz ulu öndər Heydər Əliyevin zəngin siyasi təcrübəsi, xalqa möhkəm bağlılığı və qətiyyəti sayəsində alındı və ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. Ulu Öndərin təməlini qoyduğu sabit ölkə imici bu gündə qorunub saxlanılmaqdadır. Ölkəyə başçılıq etdiyi 10 illik bir dövrdə ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın hərtərəfli inkişafı, beynəlxalq arenada nüfuzunun daha da yüksəlməsi üçün bütün gücünü səfərbər etmiş və buna nail olmuşdur.

Müasir Azərbaycanın sürətli inkişafı məhz ulu öndər Heydər Əliyevin ölkə iqtisadiyyatının güclənməsi və inkişafı naminə təməlini qoyduğu nəhəng layihələrin uğurlu nəticəsidir. Heydər Əliyev siyasəti müasir dövrlə yekunlaşan, bitən deyil. Bu uğurlu siyasəti hər zaman davam etdirə biləcək güclü siyasi lider, Cənab Prezidentimiz İlham Əliyev və onun dövlətçiliyə sadiq komandası, aydın strategiyası və dövlət başçısını hər zaman dəstəkləyən güclü xalqı var. Biz xalqın da müqəddəs borcu ulu öndər Heydər Əliyevin gələcək nəsillərə qoyub getdiyi böyük əmanətini - müstəqil, demokratik Azərbaycanın müstəqilliyini şərəflə qoruyub saxlamaq və bu şərəfli yolda Prezidentimizi dəstəkləyib onun ətrafında sıx birləşməkdir.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ