Hindistanda polis sürət həddini aşdığı üçün yerli sakinlərin "tuk-tuk" adlandırdıqları üç nəfərlik avtomobili saxlayıb.
7News.Az xəbər verir ki, saxlanma anının görüntüləri sosial mediada yayılıb.
Belə ki, saxlanılma zamanı üç nəfərlik maşında 27 nəfərin getdiyi məlum olub.
Hadisə Uttar Pradeş ştatının Fatehpur şəhərində yaşanıb.








