Venesuela prezidenti Nikolas Maduro ölkədə minimum əmək haqqındanın 2,5 dəfə artırılması haqqında qərar verib.
7News.Az "RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, dövlət başçısı bu haqda dövlət televiziyasının efirində bildirib.
Qərara görə, minimum əmək haqqı 1,8 min bolivardan 4,5 min bolivara qədər artırılıb.
Qeyd edək ki, 4,5 min bolivar "qara" bazar”da 11 ABŞ dolları təşkil edir. Sentyabrda Venesuelada minimum əmək haqqı 60 dəfə qaldırılmışdı.

7News.Az








