Moskva Mərkəzi Afrika Respublikasında "Rus evi”nin rəhbəri Dmitri Sıtıya qarşı sui-qəsd cəhdinə görə məsuliyyət daşıyanların müəyyən edilərək cəzalandırılacağına ümid edir.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.
"Biz Banqidəki "Rus evi”nin fəaliyyətinə açıq şəkildə mane olmaq, daha geniş mənada isə ölkələrimiz arasında dostluq münasibətlərinin uğurlu inkişafına zərər vurmaq məqsədi daşıyan bu cinayət əməlini qətiyyətlə pisləyirik. Ümid edirik ki, Mərkəzi Afrika Respublikasının səlahiyyətli orqanları tərəfindən operativ tədbirlər nəticəsində bu vəhşiliyin təşkilində və törədilməsində günahkar olanlar müəyyən ediləcək və layiqli cəzalarını alacaqlar”, - deyə Rusiya XİN-in saytında yayılan məlumatda qeyd olunub.
Fərid Əkbərov
17:59
Mərkəzi Afrika Respublikasının paytaxtı Banqi şəhərində yerləşən "Rus evi”nin rəhbəri Dmitri Sıtıy sui-qəsd aktına məruz qalıb.
Bu barədə "Kommersant” məlumat yayıb.
Qeyd olunub ki, bundan əvvəl də ona qarşı dəfələrlə təhdidlər olub və 11 noyabrda göndərilən bağlamada Fransada yaşayan oğlunun şəkli göndərilib. Bağlamadakı məktubda yazılıb ki, əgər ruslar Afrikadan getməsə, növbəti dəfə bağlamada oğlunun başını göndərəcəklər.
Bu gün də bağlama qəbul edən Sıtıy affekt halında heç bir təhlükəsizlik tədbirlərini nəzərə almadığı üçün partlayış nəticəsində ciddi xəsarət alıb.
Banqi xəstəxanasında rus həkimləri onun həyatını xilas etmək üçün çalışır./apa
7NEWS.Az








