RU
“Cəhənnəm istiləri” 49 nəfəri vurdu
15:00
452

“Cəhənnəm istiləri” 49 nəfəri vurdu

Havaların isti keçməsi ilə əlaqədar may ayından iyulun 1-ə kimi Bakı Şəhər Təcili Tibbi Yardım Xidmətinə günvurma diaqnozu 49 nəfər ilə müraciət edib.

Səhiyyə Nairliyindən 7news.Az-a verilən məlumata görə, günvurma şikayəti ilə müraciət edən şəxslərin 21-nə ambulator yardım göstərilib.

28-nə isə orta dərəcəli günvurma diaqnozu qoyularaq stasionar tibb müəssisələrinə yerləşdirilib. 

Müraciət edən 49 nəfərdən 32-si orta yaşlarında kişi, dördü azyaşlı, doqquzu qadındır.

Aralarında ağır və həyati təhlükəsi olan olmayıb. Hospitalizə profilaktik məqsədlə tətbiq edilib.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ