RU
CƏLILABADDA 43 YAŞLI KIŞI BIÇAQLANIB
12:19
597

CƏLILABADDA 43 YAŞLI KIŞI BIÇAQLANIB

Cəlilabad rayonunun Sabirabad kəndində bıçaqlanma hadisəsi baş verib.

7news.Az "Report"a istinadən bildirir ki, 43 yaşlı kənd sakini Rəfael Ağaş oğlu Səfərov mübahisə zəminində həmkəndlisi, 41 yaşlı Akif Kərəm oğlu Heydərov tərəfindən bıçaqlanıb.
İki bıçaq yarası alan Rəfael Səfərov Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralı əməliyyat olunaraq Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Akif Heydərov isə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ