Cəlilabadda azyaşlını vuran sürücü saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev 7NEWS.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Ş.Mirzəyev idarə etdiyi "Toyota" markalı avtomobillə rayonun Uzuntəpə kəndi istiqamətində hərəkətdə olarkən azyaşlını vurub.
Məktəbli xəstəxanaya çatdırılıb, ona tibbi yardım göstərilib. İddia edildiyi kimi sürücü hadisə yerindən yayınmayıb. O, polis əməkdaşları tərəfindən saxlanılaraq, polis şöbəsinə aparılıb.
Faktla bağlı Cəlilabad rayon polis şöbəsində araşdırma aparılır.
20:09
Cəlilabad şəhəri, 3 saylı orta məktəbin yaxınlığında naməlum avtomobil 2014-cü il təvəllüdlü rayon sakini Ə.Novruzzadəni vuraraq hadisə yerindən uzaqlaşıb.
Yaralı ağır vəziyyətdə ətrafdakı şəxslərin yardımı ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
7NEWS.Az








