RU
Cəlilabadda DƏHŞƏT: Mikroavtobus yandı, yaralılar var
11:10
332

Cəlilabadda DƏHŞƏT: Mikroavtobus yandı, yaralılar var

Cəlilabadda mikroavtobus yanıb, yaralılar var. Hadisə rayonun Məlikqasımlı kəndi ərazisində qeydə alınıb.

7News.az xəbər verir ki, yerli sakinlərin sözlərinə görə, sərnişinləri tarlaya işləməyə aparan mikroavtobus anidən aşıb və sonra alovlanıb. İlkin məlumata görə, mikroavtobusun salonunda çoxsaylı sərnişin olub. Yaralılar Cəlilabad Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

Xəstəxanaya gətirilən 10 nəfər yaralıdan 1-i travmotologiya, 9 nəfəri isə reanimasiya şöbəsinə yerləşdirilib.// report.az
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ