RU
Cəlilabadda məhkəmədən çıxan qadın öldü
12:43
491

Cəlilabadda məhkəmədən çıxan qadın öldü

Cəlilabadda məhkəmədən çıxan 80 yaşlı qadın pilləkənlərdən yıxılaraq ölüb.

Hadisə Cəlilabad Rayon Məhkəməsinin həyətində baş verib.

Belə ki, rayonun Əliqasımlı kənd sakini, 1937-ci il təvəllüdlü Şükufə Aslanova kredit borcuna görə məhkəməyə dəvət edilib. Məhkəmədən çıxarkən Ş.Aslanovanın ayağı pilləkənə ilişib və o, yıxılıb. Ağır kəllə-beyin travması alan Ş.Aslanova Cəlilabad rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, yaralı elə oradaca dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır./report

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ