RU
Cəlilabadda turist avtobusu qəzaya düşüb, iki nəfər ölüb, yaralılar var
12:50
25

Cəlilabadda turist avtobusu qəzaya düşüb, iki nəfər ölüb, yaralılar var

Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

Hadisə rayonun Sadatlı kəndi ərazisində baş verib.

İlkin məlumata görə, istirahət mərkəzinə gedən avtobus qəzaya düşüb. Nəticədə iki nəfər ölüb, çox sayda yaralı var.

Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən rayon xəstəxanasına aparılıb.

Hazırda hadisənin təfərrüatları, ölən və yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ