RU
Cəlilabadda ustanın bədbəxt hadisə nəticəsində ölməsi faktı ilə bağlı araşdırma aparılır
12:10
76

Cəlilabadda ustanın bədbəxt hadisə nəticəsində ölməsi faktı ilə bağlı araşdırma aparılır

Ustanın elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı Cəlilabad rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, avqustun 21-i, saat 14 radələrində Cəlilabad rayon sakini, 1989-cu il təvəllüdlü Elgün Ağayevin usta kimi işlədiyi çoxmənzilli yaşayış binasının zirzəmisində su xəttini təmir edərkən elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ