7News.az xəbər vermişdi ki, hadisəyə səbəb sürücünün mikroavtobusa tutumundan artıq sərnişin mindirməsi olub. Belə ki, 14 nəfərlik yer tutumuna malik "Raf" mikroavtobusuna 25 nəfər adam mindirilib.
Ağırlığa dözməyərək aşan avtobusda sərnişinlərə məxsus termoslardakı isti çaylar onların üəzrinə dağılıb. Bunun nəticəsində sərnişinlər yanıq xəsarəti alıb.
Hazırda bütün yaralılar Cəlilabad Mərkəzi Rayon xəstəxanasındadır. Onlardan 9 nəfəri reanimasiya şöbəsindədir.
Avtobusun yanması nəticəsində xəsarət alan sərnişinlərdən bəzilərinin adları məlumdur.
Onlar Siləvəngə və Əliqasımlı kənd sakinləridir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova Big.az-a açıqlamasında deyib ki, yaralıların hamısı Cəlilabad Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib. Onların durumu orta qiymətləndirlir. Yayılan xəbərləri təkzib edən L.Bayramova xəstələrdən heç birinin Bakıya gətirilmədiyini və təlaşa düşəcək bir məsələ olmadığını bildirib.
7News.az








