RU
17:30
145

"Cəmi 30 nəfər qalmışıq, bizə deyirlər ki, ancaq içki için" - Rus əsgərin səs yazısı yayıldı

"Donetsk vilayətindəki rus əsgər anasına cəbhədəki böyük itkilərdən danışıb.
 
7News.Az Ukrayna mediasına istinadən xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi əsgərin anası ilə telefon danışığını paylaşıb. 
 
Telefon danışığında rusiyalı hərbçi deyib ki, o dörd gündür yatmır, çünki "ətraf nəmdir, soyuqdur və daim araq içirlər”.
 
Səs yazısında da əsgərin sərxoş olduğu anlaşılıb.
 
O anasına deyib: "Burada vəziyyətin necə olduğunu bilmirsiniz. Cəmi otuz nəfər qalmışıq. Bizə deyiblər ki, şəhərdən araq gətirilib və hər kəs içki içsin".
 
 


 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ