RU
lombard
Cənubi Afrika Respublikasında koronavirusun dördüncü dalğası başlayıb
23:10
650

Cənubi Afrika Respublikasında koronavirusun dördüncü dalğası başlayıb

"Cənubi Afrika Respublikasında koronavirusun dördüncü dalğası başlayıb".

Bunu ölkə Prezidenti Kiril Ramafosa bildirib və bütün vətəndaşları təcili peyvənd olunmağa çağırıb.

Bu gün ölkədə "omikron” ştamının üstün olduğunu qeyd edən dövlət başçısı vətəndaşları maska taxmağa, sosial məsafə gözləməyə, kənar şəxslərlə təmasları minimuma endirməyə də dəvət edib.

Qeyd edək ki, ötən həftə ölkədə koronavirusa gündəlik yoluxma beşqat artıb. İki həftə bundan əvvəl verilən testlərin 2 faizi müsbət çıxırdısa, hazırda bu göstərici dörddəbirə yaxındır./report

 

7NEWS.Az

Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ