RU
Cənubi Koreya ifrat turizmə qarşı “komendant saatı” tətbiq edəcək
16:20
71

Cənubi Koreya ifrat turizmə qarşı “komendant saatı” tətbiq edəcək


7NEWS.az xəbər verir ki, Cənubi Koreyada səlahiyyətlilər, ifrat turizmin qarşısını almaq üçün tarixi Bukchon Hanok kəndində bəzi yerlərə girişi məhdudlaşdıracaq. Noyabr ayında sınaq mərhələsinə başlayacaq müraciət çərçivəsində saat 17.00-10.00 arasında turistlərin müəyyən bölgələrə girişi məhdudlaşdırılacaq. Qaydaların pozulmasına görə turistlər 100 min Cənubi Koreya Vonu (təxminən 125 manat) məbləğində cərimələnəcək. Bu yeni tənzimləmə kənddə turist sıxlığının qarşısını almaqla sakinlərin gündəlik həyatını qorumaq məqsədi daşıyır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ