RU
Cənubi Koreya Polşaya tank və haubitsalar tədarük edəcək
11:20
128

Cənubi Koreya Polşaya tank və haubitsalar tədarük edəcək

Cənubi Koreya və Polşa azı 400 tank və haubitsaların tədarükü ilə bağlı müqavilə imzalayıb.

Bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşak məlumat verib.

O, tədarüklərin 2022-ci ilin sonundan etibarən başlayacağını vurğulayıb.

İlk tədarüklərə Cənubi Koreya istehsalı olan 10 "K2 Qara Pantera” tankı, həmçinin 24 "K9 Thunder” özüyeriyən haubitsalar daxildir.

Ümumilikdə, Cənubi Koreya Polşaya 2025-ci ilə qədər 180 tank və 212 haubitsa, həmçinin onlar üçün sursat ixrac edəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ