Cənubi Koreyanın İlon Maskın qurduğu ABŞ-ın elektrikli avtomobil istehsalçısı Tesla-nı 'şişirdilmiş' reklama görə 2,2 milyon dollar cərimə etdiyi bildirilir.
7NEWS.az xəbər verir ki, Cənubi Koreyanın Ədalətli Ticarət Komissiyası (FTC) Tesla-nın 2019-cu ilin avqust ayında dərc etdiyi reklamlarda avtomobilin şarj sürəti, sürmə məsafəsi və yanacaq sərfiyyatı ilə bağlı verilən məlumatların "şişirdilmiş” olduğuna qərar verib.
Reklamdakı ifadələrin yalnız avtomobilin şəhərdə qət etdiyi məsafə və orta temperaturda "mümkün" ola biləcəyini qeyd edən FTC, fərqli şərtlərdə alınan məsafənin daha qısa olduğuna diqqət çəkdi.
Bundan əlavə, qeyd olunub ki, Tesla-nın avtomobilləri 15 və ya 30 dəqiqəyə "kilometrləri qət etmək” üçün doldura bilən super yükləyiciləri haqqında reklam məlumatları "ən yaxşı şəraitdə” əldə edilə bilər, lakin normal şəraitdə yox.
7NEWS.az








