RU
Cənubi Koreyada helikopter qəzaya uğrayıb : 5 ÖLÜ
15:34
105

Cənubi Koreyada helikopter qəzaya uğrayıb : 5 ÖLÜ


7NEWS.az xəbər verir ki, Helikopter Cənubi Koreyanın Qanqvon əyalətinin Yanqyanq qraflığında naməlum səbəbdən qəzaya uğrayıb. Yerli vaxtla saat 10:50 radələrində baş verən qəzada helikopter yerə çırpılaraq alovlanıb. Hadisə yerinə çoxlu sayda tibb briqadası və yanğınsöndürənlər göndərilib. Yanğın söndürüldükdən sonra helikopterdə olan 5 nəfərin cansız cəsədi tapılıb. Helikopterin meşə yanğınlarına qarşı fəaliyyət göstərmək üçün Sokcho, Goseong və Yangyang əyalətlərində yerli hökumətlər tərəfindən icarəyə götürüldüyü öyrənilib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ