7NEWS.az xəbər verir ki, Cənubi Koreyada yağan güclü qar nəticəsində həyatını itirənlərin sayı 4-ə yüksəlib. Güclü qar hava, dəniz və dəmir yolu nəqliyyatına da mənfi təsir göstərib. Bu gün 142 reys ləğv edilərkən, 76 marşrut üzrə 99 bərə reysləri dayandırılıb. Vonju şəhərində yolların buz bağlaması nəticəsində 53 avtomobilin iştirak etdiyi zəncirvari qəzada 11 nəfər yaralanıb.








