Cənubi Koreya Milli Polis Xidməti (KNPA) doğulduqdan sonra rəsmi qeydiyyata alınmayan körpələrlə bağlı başladılan istintaq çərçivəsində ölən körpələrin sayının 15-ə yüksəldiyini və istintaqın əhatə dairəsinin genişləndirildiyini bildirib.
7NEWS.az xəbər verir ki, KNPA ölkədə qeydiyyatı olmayan körpələrlə bağlı aparılan araşdırmada yeni inkişafları açıqlayıb. Bildirilib ki, dünən 12 olan ölən körpələrin sayı 15-ə, istintaq çərçivəsində 193 hadisə isə 400-ə yüksəlib.
7NEWS.az








