ABŞ-ın Klivlend şəhərində sevgilisi ilə mübahisə edən şəxs törətdiyi cinayəti Facebook-dan canlı yayımlayıb.
7News.az xarici mətbuata istinadən xəbər verir ki, Stiven Stefens adlı 37 yaşlı qaradərilinin törətdiyi qan donduran cinayət xristianlıqdakı ən böyük bayramlardan qəbul edilən Pasxa günündə baş verib.
Klivlend polisinin verdiyi məlumata görə, 74 yaşlı Robert Qodvin adlı qaradərilini yol kənarında saxlayan Stefens cinayəti törətdikdən sonra telefonunu bağlayaraq gizlənib.
Klivlend əhalisinə küçəyə çıxmamaları barədə xəbərdarlıq edən polis Facebook canlı yayım zamanı daha 13 nəfəri öldürdüyünü deyən Stefensin tutulması üçün genişmiqyaslı axtarışa başlayıb.
Stefensin sevgilisinin təhlükəsizlik qüvvələri ilə birgə hərəkət etdiyi bildirilib. Facebook səlahiyyətliləri təhlükəli olduğu üçün həmin videonu sildiklərini və şübhəli ilə bağlı məlumatları təhlükəsizlik orqanları ilə paylaşdıqlarını açıqlayıb. //Cebhe.info
7News.az








