RU
Cinayətkarların ölümqabağı menyusu ilə restoran açılıb - FOTO
14:10
316

Cinayətkarların ölümqabağı menyusu ilə restoran açılıb - FOTO

Edamından əvvəl məşhur cinayətkarların xoşladığı yeməkləri sifariş etmək üçün Tokioda restoran açılıb.
7News.Az moderator.az-a istinadən xəbər verir ki, restorana Ningen – "İnsan” adı verilib.

Menyüdəki yeməklər xronoloji ardıcıllıqla yerləşir.

Belə ki, birinci səhifədə olan Geri Mark Hilmorun yeməyi qamburger, kənd kartofu, soyutma yumurta və viskidən ibarətdir. O soyğunçuluq və qətllərdə günahlandırılıb, daha sonra 1977-ci ildə Yuta ştatında güllələnib.

Bir neçə səs-küylü qətllərə görə ABŞ-da elektrik stulunda edam olunmuş Cudi Buenonun naharı gül kələmi, məröycə və çiyələkdən ibarətdir.

Başqa amerikalı, 33 adamı öldürən Con Ueyn Geysi ölümqabağı qızardılmış krevetka (kiçik dəniz xərçəngi), toyuq, kartof qızartması və çiyələk yeyib.
 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ