RU
COVİD-ə yoluxan tanınmış jurnalistin səhhətindən xəbər var
15:10
840

COVİD-ə yoluxan tanınmış jurnalistin səhhətindən xəbər var

COVİD-ə yoluxan tanınmış jurnalist, satirik şair Əvəz Qurbanlının səhhəti normallaşıb.

Bu barədə 7News.Az-a şair özü məlumat verib.
 
O, 4 gündür ki, rahat nəfəs aldığını deyib:

"Bir neçə gündür ki, oksigen aparatından istifadə etmirəm. Şükürlər olsun ki, vəziyyətim düzəlməyə doğru gedir. Əgər vəziyyət belə davam eləsə, 4-5 günə xəstəxanadan çıxacağam”.

Qeyd edək ki, bir həftə bundan öncə tanınmış jurnalist, satirik şair Əvəz Qurbanlının vəziyyəti ağırlaşıb. O, noyabrın 30-da təcili yardımla Fövqəladə Hallar Nazirliyinin "Zığ” Modul Tipli Hospitalına yerləşdirilib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ