RU
Cozep Borrell Donbasda təmas xəttinə gedəcək
22:50
639

Cozep Borrell Donbasda təmas xəttinə gedəcək

Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Ukraynaya səfər edəcək.

Bu barədə Avropa Komissiyasının məlumatında deyilir.

Ali komissarın 4-6 yanvar tarixlərində Ukraynada səfərdə olacağı, ölkənin şərqinə gedərək Donbasda təmas xəttinə baş çəkəcəyi qeyd olunub.

Bundan sonra, avropalı diplomat Kiyevdə hakimiyyət nümayəndələri ilə görüşəcək./apa
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ