Türkiyənin Şanlıurfa şəhərində qəsdən törədilən qəzanın görüntüləri izləyənləri dəhşətə gətirib.
7News.Az "Haber7”yə istinadla xəbər verir ki, hadisə ötən gün Şanlıurfanın Karaköprü bölgəsində baş verib.
İlkin məlumata görə, Karşıkaya məhəlləsində yaşayan boşanma ərəfəsindəki cütlüyün ailələri arasında silahlı qarşıdurma olub. Hadisə nəticəsində 5 nəfər yaralanıb.
Mobil telefonla çəkilən görüntülərdə avtomobillə küçədə gedib gələn şəxsin mübahisə edənlərə dəfələrlə maşınla vurduğu və onları əzməyə çalışdığı görüntülənib.
Faktla bağlı araşdırma aparılır.








