Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsində olan məktəbin əməkdaşı töhmət alıb.
7News.Az xəbər verir ki, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin əmrinə əsasən şəbəkəsinə daxil olan 4 nömrəli uşaq musiqi məktəbinin direktoru vəzifəsini müvəqqəti icra edən Qocayeva Aybəniz Cümşüd qızına vəzifə və öhdəliklərini tam icra etmədiyi üçün töhmət verilib.
Qeyd edək ki, intizam tənbehlərinin verilməsi İdarənin tabeliyində olan mədəniyyət müəssələrində əmək fəaliyyətinin iş prinsiplərinə uyğun səmərəli qurulması və nizam-intizam qaydalarına riayət edilməsi məqsədi ilə bağlıdır.








