RU
Daha bir “İŞİD”çi məhkəmə qarşısında
13:09
313

Daha bir “İŞİD”çi məhkəmə qarşısında

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada və digər ərəb ölkərlərdə qanunsuz silahlı birləşmələrdə döyüşməkdə təqsirləndirilən Rövşən Qədirovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 

Hakim Azad Məcidovun icraatında olan prosesdə ilkin hazırlıq iclası keçirilib.

İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, Quba rayonundan anadan olan R.Qədirov İstanbulda yaşayıb və həmin ölkələrə də oradan gedib.

R.Qədirov deyib ki, Türkiyə vətəndaşı ilə orada evlənib və 3 azyaşlı övladı var: "Rəsmi nikahımız yox idi, nikah bağlamaq üçün Bakıya gələndə saxlanıldım. Mən ondan əvvəl Suriyada və digər ölkələrdə olmuşam. Amma döyüşməmişəm, müxtəlif xalqların nümayəndələrinə humanitar yardım etmişəm”.

Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses avqustun 9-da davam etdiriləcək.

Qeyd edək ki, Rövşən Qədirov Dövlət Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb. /qafqazinfo

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ