Mərakeş "Bayraktar TB2” pilotsuz uçuş aparatlarının ilk hissəsini alıb.
7News.Az xarici KİV-ə xəbər verir ki, ilk tədarük sentyabrın 17-də baş tutub.
Qalan 13 pilotsuz uçuş aparatı ötən ilin aprel ayında Mərakeşlə "Baykar” türk istehsalçısı arasında imzalanan saziş çərçivəsində tədricən çatdırılacaq.








